1990-cı illərin məşhur "Aşıqlar" qrupunun yaradıcısı, tanınmış pianoçu və aranjemançı Nazim Əhmədov vəfat edib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə o, bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, Nazim Əhmədov 1958-ci ildə Bakı şəhərində anadan olub. Müxtəlif illərdə Azərbaycan Konsert Birliyində "Bakının işıqları" və başqa musiqi kollektivlərində çalışmışdır. Sonuncu çalışdığı kollektiv məşhur "Aşıqlar" qrupu olmuşdur. Nazim qrupun aranjimançısı və sintezator ifaçısı olub.
2005-ci ildə bəstəkar Eldar Mansurovun "Bəhramnamə" proyektində qrupun musiqi rəhbəri olmuşdur.
Aysel Hacızadə












































