Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin "Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) – "Əl-Hilal” (Səudiyyə Ərəbistanı) oyunu təxirə salınıb.
Buna səbəb Dubayda daşqının baş verməsi olub.
Güclü yağış şəhərdə daşqınlara yol açıb. Bunu nəzərə alan Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb.
Yarımfinalın digər cütündə isə Cənubi Koreyanın "Ulsan” və Yaponiyanın "Yokohama” komandaları üz-üzə gələcəklər.