Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu - FOTOLAR

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu - FOTOLAR
SOSİAL
13:36 17.11.2025
120
Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə heyəti ilə dəyirmi masa formatında görüşü baş tutub. Qonaqları səmimi qəlbdən salamlayan VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan AİB ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb. A.Talıbov həmçinin VŞQ-nin fəaliyyət göstərdiyi 31 il ərzində əldə etdiyi uğurlardan, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və gələcək perspektivlərdən qonaqlara qısa məlumat verib. O, rəhbərlik etdiyi şirkətin yerli fermerlərlə sıx əməkdaşlıq etdiyini və onların inkişafına xüsusi önəm verdiyini qeyd edib. A.Talıbov bildirib ki, "Veysəloğlu” insan kapitalının inkişafına da xüsusi diqqət ayırır və hər il 3 minə yaxın yeni iş yeri açmağa müvəffəq olur.

Daha sonra VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev Şirkətlər Qrupunun nailiyyətləri, real göstəriciləri və gələcək planları ilə bağlı ətraflı təqdimatı qonaqların diqqətinə çatdırıb.

AİB prezidenti Masato Kanda səmimi qəbula görə təşəkkürünü bildirib və şirkətlə bağlı təqdimatdan razı qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir: "Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır”. AİB rəhbəri əlavə edib ki, onlar Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.

Logistik Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə qonaqlar üçün infotur təşkil edilib. Məhəmmədi Logistika Mərkəzin rəhbəri Anar Adilzadə AİB nümayəndə heyətinə geniş təqdimat verdikdən sonra tədbirdə iştirak edən yerli fermerlər Masato Kandaya VŞQ və ona daxil olan bizneslərlə səmərəli əməkdaşlıqdan məmnun olduqlarını ayrıca ifadə ediblər.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib və VŞQ-nin təsisçisi, baş icraçı direktoru Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.

Xatırladaq ki, Masato Kanda Azərbaycana etdiyi səfərlə bağlı yekun videohesabatında ölkəmizdə keçirdiyi mühüm görüşlərlə yanaşı, VŞQ ilə baş tutan təmasa da vurğu edib və bununla bağlı fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşıb.

Qeyd edək ki, 2024-cü ildə Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupunun "Araz” supermarketlər şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"