Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının yaranmasından 55 il ötür

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının yaranmasından 55 il ötür
MEDIA
15:44 22.12.2016
1020

Hazırda AZƏRTAC-ın sədri olduğu OANA-nın üzv agentlikləri dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) 1961-ci il dekabrın 22-də UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsini inkişaf etdirmək məqsədilə yaradılıb.

OANA coğrafiyasına və üzv agentliklərin yaydığı informasiyanın miqdarına görə ən böyük regional media qurumudur. Hazırda təşkilatın sıralarında birləşən 35 ölkənin 44 xəbər agentliyi dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. Təşkilatın unikal platforma olan veb-saytında üzv agentliklərin gün ərzində 200-ə yaxın xəbəri, həmçinin foto və videoları yerləşdirilir.

Azərbaycanın OANA-da təmsilçiliyi AZƏRTAC-ın bu quruma üzvlüyü ilə başlayıb. 2004-cü ildə OANA-ya daxil olan agentlik cəmi üç ildən sonra qurumun rəhbər orqanına - İcraiyyə Komitəsinə üzv seçilib və bir-birinin ardınca üç dəfə Komitə üzvü olub. İcraiyyə Komitəsinin iclaslarından biri 2008-ci ilin sentyabrında Bakıda keçirilib.

OANA-nın 2013-cü ilin sentyabrında keçirilən XV Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təşkilatın vitse-prezidentlərindən biri seçilib, növbəti Baş Assambleyanın Azərbaycanda keçirilməsi və 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrlik etməsi barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.

2016-cı il noyabrın 16-da Heydər Əliyev Fondu və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib. Noyabrın 18-də keçirilən XVI Baş Assambleyada 40 agentlikdən 80-dən çox nümayəndə təmsil olunub. Üzv agentliklərin iştirakı ilə qurumun İcraiyyə Komitəsinin yeni tərkibi seçilib, növbəti Baş Assambleyanın vaxtı və yeri müəyyənləşdirilib. Təşkilatın prezidenti seçilən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov səlahiyyətlərinin icrasına başlayıb. Eyni zamanda OANA-nın veb-saytının idarə olunması AZƏRTAC-a həvalə edilib.

Təşkilatın saytında AZƏRTAC-ın hər il 4 minə yaxın xəbəri, 700-ə yaxın videosu və 1600-dən çox fotosu yerləşdirilir. Bu informasiyalar Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrini – rəsmi dövlət tədbirlərindən tutmuş iqtisadiyyat, mədəniyyət, elm və təhsil, idman, turizm, ekologiya və digər sahələri əhatə edir. Saytda yerləşdirilmiş informasiyaların sayına görə AZƏRTAC bu qurumda təmsil olunan 44 agentlik arasında ilk üçlüyə daxildir.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu