“Aslanlar”ın oyununda Azərbaycan bayrağı - FOTOLAR
İDMAN
10:35 23.10.2014
1546
Çempionlar Liqasının qrup mərhələsinin III turuna yekun vurulub.AZXEBER.COM-un məlumatına görə, gecənin ən maraqlı oyunlarından biri də Türkiyənin “Qalatasaray” klubu ilə Almaniyanın “Borussiya” klubu arasında keçən qarşılaşma oldu. Azərbaycanlı futbolsevərlərin də diqqətində olan həmin qarşılaşma almanların böyük hesablı üstünlüyü ilə başa çatıb. “Alman maşını” səfərdə “aslanlar”ı əzməyi bacarıb.Stadionda olduqca sevincli görünən “cim-bom”lu azarkeşlərin oyunun irəliləyən dəqiqələrində üzlərində kədər ifadələri yaranıb. Oyunu yaxından izləmək və komandalarını dəstəkləmək üçün Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də stadionda olublar. Onlar oyun zamanı Azərbaycan bayrağını dalğalandırıblar.“Qalatasaray”ın öz meydanında “Borussiya”ya 0:4 hesabla məğlub olduğu oyundan maraqlı görüntüləri təqdim edirik: