“AŞPA hər zaman Azərbaycana qarşı qərəzli qərarlar qəbul edib” - Hafiz Hacıyev

SİYASƏT
10:24 06.06.2020
1209
AŞPA-nın Azərbaycana qarşı ikili standartları və qərəzli mövqeyi siyasi partiyalar tərəfindən də sərt qarşılanıb. 
 
AZXEBER.COM mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib. 

O AŞPA-nın Azərbaycanı sevməyən qüvvələrin verdiyi rəy əsasında fəaliyyət göstərdiyini bildirib: 
 
"AŞPA Azərbaycana təzyiq göstərməkdən ötrü hər zaman bir səbəb axtarır. Bu hər kəsə bəllidir ki, AŞPA hər zaman Azərbaycana qarşı qərəzli qərarlar qəbul edib, qərəzli mövqe göstərib. Onlar hər zaman Azərbaycanda siyasi məhbus axtarışına çıxıb. Bu səbəbdən də AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi bu günün məsələsi deyil. 

Mən düşünürəm ki, Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. AŞPA Dağlıq Qarabağ probleminin həllində köməklik göstərsin, biz o zaman onların ədalətliliyinə inanarıq.
 
AŞPA-nın ölkəmizlə bağlı qəbul etdiyi qərarlar hamısı ədalətsizdir. O Azərbaycanı sevməyən qüvvələrin verdiyi rəy əsasında işləyir. Onlar Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimi şəxsləri əlində saxlayır. Mən düşünürəm ki, biz AŞPA ilə bütün məsələləri konkretləşdirməliyik və bildirməliyik ki, Azərbaycanda baş verən neqativ halların başında AŞPA özü dayanır. AŞPA ədalətsizliyi və haqsızlığı dəstəkləyən təşkilatlardan olub. Onlara "dur” deməyin vaxtıdır”
 
Günel Hüseynli
 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

X Mostbet