“AŞPA Monitorinq Komitəsi 9 oktyabr seçkiləri ilə bağlı müsbət fikirdədir”- Səməd Seyidov

SİYASƏT
12:31 12.11.2013
1032

Bu günlərdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti iclası keçirildi və orada Azərbaycanda keçirilən seçkilərlə bağlı müzakirələr aparıldı.

Müzakirələrdə təxminən 15-17 nəfər parlamentari çıxış etdi və onların böyük əksəriyyəti Azərbaycdan keçirilən 9 oktyabr seçkilərini olduqca demokratik və şəffaf seçki kimi qiymətləndirdi.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovsözügedən qurumun və onun Müşahidə Missiyasının üzvlərinə qarşı səsləndirilən rüşvət ittihamı ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.

S.Seyidovun sözlərinə görə, Azərbaycanda bəzən belə bir təsəvvür yaranır ki, beynəlxalq təşkilatlarda Azərbaycanı tənqid etməkdən başqa heç bir müzakirələr aparılmır:

“Bu, qətiyyən belə deyil. Düzdür, bəzi beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı tənqidlər səsləndirilir, amma orada böyük əksəriyyət Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edirlər. Onlar heç də Azərbaycanın tərəfini tutmurlar, həmin şəxslər obyektiv mövqe tuturlar.

Onu da qeyd edim ki, beynəlxalq təşkilatların əksəriyyətində Azərbaycanla əlaqədar səsəndirilən fikirlərin əksəriyyəti müsbət fikirlər olur, yalnız 5-10 faiz tənqidi fikirlərdir. İndi 5 faizi 95 faizə çevirmək istəyənlər çox səhv edirlər və bu bizim tərəfimizdən heç cür qəbul olunmur.

Biz obyektivliyin tərəfindəyik və AŞPA da daxil olmaqla, bütün beynəlxalq qurumlar seçkilərlə bağlı öz ədalətli, obyektiv fikirlərini səsləndirirlər”.

OXŞAR XƏBƏRLƏR