AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib

SİYASƏT
16:42 13.11.2013
986
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) İspaniya Senatının üzvü, Avropa Xalq Partiyası Qrupunun sədri, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İ. Əliyevi təbrik edən P. Aqramunt bildirib ki, seçkilərin nəticələri Azərbaycan xalqının ona və lideri olduğu partiyaya etibarın göstəricisi, xalqı uğurlu gələcəyə aparmaqda, Azərbaycanın firavanlığının artmasında, ölkənin regional və beynəlxalq arenada öz yerini möhkəmlətməsində göstərdiyi səylərə dəstəyin aydın təsdiqidir.(APA)

OXŞAR XƏBƏRLƏR