AŞPA-nın seçki müşahidə missiyası gələn həftə Azərbaycana gəlir

AŞPA-nın seçki müşahidə missiyası gələn həftə Azərbaycana gəlir
SİYASƏT
13:30 05.10.2013
1172

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ingiltərəli parlamentari Robert Valterin rəhbərliyi ilə seçki müşahidə missiyası 7- 10 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

AZXEBER.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə ayrı-ayrı ölkələri təmsil edən 32 parlamentari daxildir.Onlar Avropa Parlamenti, ATƏT Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Börosunun müşahidə missiyası ilə bərabər seçkiləri müşahidə edəcəklər.AŞPA müşahidə missiyası MSK sədri, prezidentliyə namizədlər, siyasi partiyaların təmsilçiləri, QHT və mətbuat nümayəndələri ilə görüşlər keçirəcək.Oktyabrın 10-da isə AŞPA missiyası yuxarıda qeyd edilən qurumların missiyaları ilə birgə mətbuat konfransı keçirəcəklər.AŞPA-nın seçkiqabağı müşahidə missiyası 11-13 sentyabr tarixlərində Azərbaycanda olub və onlar müşahidələrinə dair bəyanatla çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR