AŞPA və Avropa Parlamenti seçkilərlə bağlı rəyini açıqladı

AŞPA və Avropa Parlamenti seçkilərlə bağlı rəyini açıqladı
SİYASƏT
14:50 10.10.2013
1751
AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib.

APA-nın xəbərinə görə, bunu hər iki qurumdan olan müşahidəçilərin keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki deyib. O, dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”.

Bununla yanaşı, P. Arlakki qeyd edib ki, əsas azadlıqlara dair sahələrdə tərəqqiyə ehtiyac var. O, Azərbaycan hakimiyyətini tövsiyələrə diqqətlə yanaşmağa çağırıb.

AŞPA və AP müşahidəçilərinin yekun hesabatı yaxın həftələrdə təqdim ediləcək.

Prezident seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter isə deyib ki, AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyəti ilə Azərbaycana bir ay əvvəl gəliblər. Uzunmüddətli müşahidə missiyasının seçkiqabağı prosesi izlədiyini qeyd edən R. Uolter seçki günü 30 millət vəkilindən ibarət heyətlə müşahidə apardıqlarını deyib.O, AŞPA-nın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini də vurğulayıb.

R. Uolter qeyd edib ki, İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb: “Biz səslərin sayılması prosesində də iştirak etmişik və qanun pozuntusuna rast gəlməmişik”.O deyib ki, müxtəlif uğursuz namizədlərin seçkinin nəticələrini tanıyıb-tanımaması siyasi məsələdir və bununla bağlı suallar onlara verilməlidir: “Bilirəm ki, Azərbaycanda bir sıra insanlar AŞPA-nın fəaliyyətini tənqid edirlər. Ancaq AŞPA-da Avropanın hər yerindən siyasətçilər təmsil olunurlar və onlar azad, sərbəst müzakirələr aparıb, hesabatlar, qərarlar qəbul edirlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb