Aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” - Müdafiə Nazirliyi təkzib edir

Aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” - Müdafiə Nazirliyi təkzib edir
SOSİAL
20:30 06.05.2022
2831
"Palmali Holding”in prezidenti Mübariz Mənsimov haqqında qalmaqallar səngimir. Fətullahçı Terror Təşkilatına (FETÖ) bilərək köməklik etdiyinə görə 5 il müddətinə haqqında hökm çıxan Mənsimov həbs olunması, kriminal aləmdə "Lotu Quli” adı ilə tanınan avtoritet Nadir Səlifovla telefon danışığı, məşhur mafiya başçısı Sedat Pekərlə münasibətləri haqqında dedikləri ilə reaksiyalara səbəb olub.

Son zamanlar diqqətçəkən məqamlardan biri də Mübariz Mənsimovun Əfqanıstanda hərbi xidmətdə olması barədə dedikləridir. "Mən iki dəfə Əfqanıstanda döyüşlərdə olmuşam, ora ezamiyyətə göndərilmişəm”, - o vurğulayıb.

"Haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev iş adamının hərbi xidmət dövrü ilə bağlı araşdırma aparıb. O, sosial hesabında yazıb ki, Mübariz Mənsimovla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və aşağıdakı məzmunda cavab alıb: "22.03.1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası - Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib”.

Beləliklə, aşpaz Mənsimovun Əfqanıstanda "döyüşməsi” əhvalatı öz təsdiqini tapmayıb. ///oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu