Rusiyada "Aşpazların döyüşü" şousunun 11-ci mövsümünün iştirakçısı Pavel Çeşa Krasnodarda faciəvi şəkildə həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı Çeşa restoranında baş verən yanğında yanaraq ölüb.
Təhlükəsizlik kamerası onun həyatının son anlarını lentə alıb.
Kadrlardan görünür ki, səhər saat üç radələrində restoranda yanğın başlayıb. O, öz gücü ilə yanğını söndürməyə çalışsa da, buna nail ola bilməyib.
Yanğın söndürüldükdən sonra xilasedicilər onun meyitini aşkar ediblər.
Aysel