Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü oldu

Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü oldu
SİYASƏT
16:39 28.06.2022
285
Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.

AZXEBER.COM xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Rəşid Mərədov, İranın XİN başçısı Hüseyn Əmirabdullahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak edib.

Qeyd edək ki, sabah, iyunun 29-da Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü olacaq.
OXŞAR XƏBƏRLƏR