Azərbaycanlı milyarder Telman İsmayılov məşhur rusiyalı teleaparıcı Valeriya Kudryavtseva ilə hokkeyçi İqor Makarovun toyunu edəcək.Cütlüyün toyu iyulun 7-də Moskvada İsmayılova məxsus “Safisa” şadlıq evində keçiriləcək.
Məlumata görə, biznesmen toyun xərci üçün onlardan bir qəpik də almayıb. Özü isə mərasimə fəxri qonaq qismində dəvət edilib. Tədbiri Nikolay Baskovla İqor Vernik birgə aparacaq.
Qeyd edək ki, həm aktrisa, həm də rəqqas olan Valeriya Kudryavtsevanın 41, İqor Makarovun isə 23 yaşı var. /// lent.az