Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işdən çıxarılıb

Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işdən çıxarılıb
İQTİSADİYYAT
15:51 24.07.2015
1612
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələrini açıqlayıb.Nazirlikdən  AZXEBER.COM-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin I yarısında Təhsil Nazirliyinin Aparatının saxlanılmasına, habelə nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinə, Azərbaycan Texnologiya Universitetinə, 3 rayon üzrə təhsil şöbəsinə və 1 internata, Səhiyyə Nazirliyinin Qax Mərkəzi Rayon Xəstəxanasına, Gənclər və İdman Nazirliyinin Qobustan Rayon Gənclər və İdman İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, "Meliorasiya və Su Təsərrüfatı" ASC-də “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, habelə dövlət büdcəsinin Ağstafa rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə Maliyyə Nazirliyinin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin işləri yoxlanılıb.Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilib, Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.Aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılıb, artıq və əsassız ödənişlərin əsas hissəsinin (3 mln. 99,43 min manat) təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilməsi təmin edilib, rayon təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq saxlanılmış 39,5 ştat vahidi ləğv edilib, işlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb, yenidən psixoloji-tibbi-pedoqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb, normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılmış, həmçinin Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.Qeyd olunanlarla bərabər, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilib, ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimə edilib və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək