Ağstafada 61 yaşlı qadın qohumu tərəfindən qətlə yetirildi

HADİSƏ
13:42 10.01.2025
354
Ağstafa rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisənin borc üstündə baş verdiyi bildirilir.

Hadisəni törədən 49 yaşlı Zülfiyyə Musayeva 61 yaşlı Fatimə Musayevadan ötən illin iyul ayında min manat borc alıb. Bir neçə gün bundan əvvəl F.Musayeva Z.Musayevadan pulu istəyib. Z. Musayeva borcunu qaytarıb. Dünən isə o, F. Musayevagilə gedib, kəsici ailətlə evdə tək olan qadının boğazına və qoluna xəsarət yetirərək qətlə yetirib.

Onlar həm qohum, həm də qonşu olub.

Mərhumun həyat yoldaşı Elman Musayev bildirib ki, qadın hadisəni törədəndən sonra evlərindən 5-6 min manat pul aparıb.

OXŞAR XƏBƏRLƏR