Ağstafada ağır qəza: Avtomobil ana və yeniyetmə qızını vurdu

Ağstafada ağır qəza: Avtomobil ana və yeniyetmə qızını vurdu
SOSİAL
10:53 30.08.2017
3993

Ağstafa rayonunda ana və yeniyetmə qızını avtomobil vurub.

Naməlum avtomobil ana və qızını vuraraq hadisə yerindən qaçıb.

Belə ki, rayon sakini Gülnar Mehdiyeva və onun 11 yaşlı qızı Türanə Səttar qızı Mehdiyeva yolu keçmək istəyərkən avtomobil onları vurub. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

///Report
OXŞAR XƏBƏRLƏR