Azərbaycanda qızının xəstə olduğunu öyrənən ana intihar etdi

SOSİAL
23:20 13.02.2020
6329
Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.

"Report”un  məlumatına görə, hadisə Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlər olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet