Ağstafa rayon Dağkəsəmən kənd sakinlərindən "veteninfo"ya müraciət daxil olub. Ağstafa rayon Dağkəsəmən kənd sakini Muradov Ələsgər İmran oğlu qeyd edir ki, yaşadığı Dağkəsəmən kəndində babasının 1804-cü ildə tikdirdiyi "Balabəyin evi” adlı tarixi abidə naməlum kənd sakinləri tərəfindən dağıdılıb.
"Tarixi abidə Nazirlər Kabinetinin 2001-ci ildə, 132 nömrəli qərarı ilə dövlət tərəfindən qeydiyyata alınıb. İnvertar nömrəsi 4076 olan abidəyə, müraciətim əsasında 2015-ci ildə dövlət təfindən baxış keçirildi və abidəyə heçbir kənar müdaxilənin qeydə alınmadığını bildirdi. Lakin bu ilin mart ayının 26-sı günü kənddə olarkən gurultu eşitdim və həmin abidənin olduğu yerdən toz duman yüksəldiyini gördüm.
Ərazinin kənd sakini Muradov Alik Fuad oğlu tərəfindən hasara alındığından əraziyə yaxınlaşa bilmədim. Hadisə barədə Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Polis Şöbəsinə müraciət etdim. Hal-hazırda araşdırma aparılır. Babamdan bizə qalan tarixi abidənin kimlərinsə şəxsi maraqları üçün dağıdılmaması üçün mətbuat vasitəsi ilə içtimailəşdirilməsini sizdən xahiş etdi.
Ələsgər Muradov qeyd edir ki, qeyd edilən tarixi abidə onun babası tərəfindən inşaa edilməsəydi belə o yenə də tarixi abidənin dağıdılmasına necə göz yuma bilərdi:
"Belə abidələri qorumaq bizim vətəndaşlıq borcumuzdur. Sizdən artıq dərəcədə xahiş edirəm dövlətimiz tərəfindən qorunan bu abidəni dağıdanların layiqli cəzasını alması üçün mətbuat vasitəsi ilə müvafiq orqanlara çatdırlımasını təmin edəsiniz”.
Ələsgər Muradov daha sonra müvafiq dövlət orqanları eşitsin deyə göndərdiyi müraciətində qeyd edir ki, 200-dən çox yaşı olan "Balabəyin evi” abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2016-2019-su illər arasında tam bərpası nəzərdə tutulur.