Ağstafada uşaqlarına işgəncə verən ata saxlanıldı

Ağstafada uşaqlarına işgəncə verən ata saxlanıldı
HADİSƏ
21:03 17.12.2025
177
Ağstafada 3  azyaşlı övladını döyən və işgəncə verən ata saxlanılıb.

AZXEBER.COM-a  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib. Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub.

Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
OXŞAR XƏBƏRLƏR