Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü
SOSİAL
11:45 08.09.2024
242
Ağstafada bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR