Astanada yanğın baş verib, 100-dən çox insan təxliyə edilib

Astanada yanğın baş verib, 100-dən çox insan təxliyə edilib
DÜNYA
09:51 04.06.2025
416
Astanada (Qazaxıstan) yaşayış kompleksində yanğın baş verib.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, 100-ə yaxın sakin müstəqil şəkildə təxliyə olunub, 15 nəfər isə Fövqəladə Hallar Departamentinin qüvvələri tərəfindən xilas edilib.

Bildirilib ki, baş verən yanğın operativ şəkildə söndürülüb. Ölən və xəsarət alan olmayıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR