Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb

Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb
SOSİAL
11:08 27.06.2017
1070
Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb.
 
AZXEBER.COM-un məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri Qum küçəsi ev 130-da qeydiyyatda olan 1985-ci il təvəllüdlü Şiriyev Vüqar Fərhad oğlunun evinə baxış keçirilib.
 
Baxış zamanı onun mənzilindən 1 kq-dan çox çəkidə olan heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək və 1 ədəd 410 kalibri "Sayqa” markalı pnevmatik avtomat silah, bir ədəd sandıqça və həmin silaha aid 31 ədəd patron aşkar olunaraq götürülüb.
 
 
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.
 
 report.az
OXŞAR XƏBƏRLƏR