Astarada 14 yaşlı uşağı yük maşını vurdu

Astarada 14 yaşlı uşağı yük maşını vurdu
SOSİAL
22:47 02.06.2024
205
Astarada yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Züngüləş kəndində baş verib.

Belə ki, "QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub.

Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR