Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Züngüləş kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ərçivan qəsəbə sakini 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə İsti-Su yolunda hərəkətdə olarkən idarəetməni itirib.
Motosiklet yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb və H. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.