Astarada faciə: Dünən toyu olan 16 yaşlı gəlin bu gün dünyasını dəyişdi

Astarada faciə: Dünən toyu olan 16 yaşlı gəlin bu gün dünyasını dəyişdi
SOSİAL
10:50 29.10.2025
1338
Astarada hamilə qadın toyundan sonra ölüb.

Hadisə rayonun Deqədi kəndində baş verib.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, gəlin köçən Ə.İmanovanın hələ 18 yaşı tamam olmayıb və o, hamilə imiş.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR