Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlandı

Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlandı
KRİMİNAL
13:47 01.10.2024
687
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya külli miqdarda narkotik vasitənin aparılmasının qarşısı alınıb.

AZXEBER.COM-un məlumatına görə, narkotik vasitələr "kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən aşkar edilib.

"Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində "Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub”, - Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
OXŞAR XƏBƏRLƏR