Astarada sabah toyu olacaq gənc qəzada öldü

Astarada sabah toyu olacaq gənc qəzada öldü
SOSİAL
11:20 17.12.2016
3253

 

Astarada baş verən yol qəzasında  1 nəfər ölüb, 2  nəfər ağır xəsarət alıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb

 

 

Astara şəhər sakini, 1989-cu il təvəllüdlü  Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi   "BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 1994-cü il təvəllüdlü  Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi "VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

 

"VAZ-2107”-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və "BMW”-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, hadisə zamanı ölən "VAZ-2107” sürücüsü Nicat Məmmədzadənin sabah toyu olacaqdı. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara  başlanılıb.

OXŞAR XƏBƏRLƏR