Astma xəstəliyinə qarşı dünyada bənzəri olmayan dərman hazırlandı

SAĞLAMLIQ
12:34 08.01.2019
3492
Rusiyanın Federal Tibbi Biologiya Agentliyinin İmmunologiya İnstitutunun alimləri astma xəstələrində tutmalarının qarşısını alacaq yeni dərman icad ediblər.

Dərman təkcə simptomlarla mübarizə aparmayacaq, eyni zamanda xəstəliyin yaranma səbəblərinə də öz təsirini göstərəcək.

Dərman preklinik test mərhələsindən uğurla keçib. Siçanlar üzərində aparılan təcrübə zamanı məlum olub ki, dərman bronx yollarınının iltihablanmasının qarşısını önəmli dərəcədə alır.

Mütəxəssislər bu dərmanın dünyada bənzəri olmadığını və astma xəstəliyindən əziyyət çəkənlərin sağalmasında önəmli rol oynayacağını bildirirlər.
 
//Qaynarinfo 

OXŞAR XƏBƏRLƏR