Astroloq 12 bürcün hər birinə XƏBƏRDARLIQ ETDİ

MARAQLI
12:10 21.02.2025
310
Merkuri və Yupiter arasında kvadrat yaranacaq. Təsir müddəti 3 gündür.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə astroloq Dinçer Güner açıqlama verib.
 
O, öz açıqlamasında bildirib:
 
"Bu bucağın təsiri ilə həddindən artıq optimist ola bilərik. Unutqanlığımız da ola bilər, buna görə də evdən çıxmazdan əvvəl çantanızı, açarlarınızı, telefonunuzu və cüzdanınızı yoxlayın.
 
Başqaları ilə ünsiyyətdə təkəbbürlü olmaqdan və ya yalnız öz nöqteyi-nəzərinizə əhəmiyyət verən rəftardan çəkinin. Planları və layihələri optimist baxışla qiymətləndirərkən mühüm detalları gözardı edə bilərsiniz. Çox fikirlərə qapılmamaq üçün diqqətli olun və seçimlərinizi daraltmağa çalışın.
 
Yupiter bəxt və fürsətlərlə əlaqəli olduğu üçün yaxşı fürsətlərlə qarşılaşa bilərik, lakin acgözlük və ya həddindən artıq özünə inamlı olmaq itkilərə səbəb ola bilər. Bu tranzit biznes və investisiyalarla bağlı yeni imkanlar axtarmaq və təşəbbüslər irəli sürmək üçün məhsuldar dövrdür”.
 
Oksana
OXŞAR XƏBƏRLƏR