Ağsu kəndləri işıqsız qalıb

Ağsu kəndləri işıqsız qalıb
SOSİAL
14:08 13.02.2017
869

 

Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kənd işıqsız qalıb.

Rayonun dağlıq  ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində elektrik enerjisi kəsilib.

Elerjinin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sistemi işləmir. Məktəblərdə davamiyyət aşağı düşüb. Həmin kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsilməsi səbəbi ilə fəaliyyət göstərə bilmir.

Sakinlərin verdiyi məlumata görə, kəndlərdə elektrik enerjisi hələ ki, bərpa olunmayıb.


///Report
OXŞAR XƏBƏRLƏR