Ağsu rayonunda baş vermiş yanğın məhdudlaşdırıldı - VİDEO

Ağsu rayonunda baş vermiş yanğın məhdudlaşdırıldı - VİDEO
SOSİAL
15:49 06.08.2021
264
Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZXEBER.COM-a bildiriblər ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb olunub.
 

OXŞAR XƏBƏRLƏR