Ağsu və Göyçay qadınları səsverməyə hazırdır - FOTOLAR

Ağsu və Göyçay qadınları səsverməyə hazırdır -  FOTOLAR
SİYASƏT
12:57 27.09.2013
3240

“Biz artıq öz seçimimizi etmişik”

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə qadın seçicilər də ciddi hazırlaşır. Bunu Ağsu rayonunda “Qadınlar və Seçkilər” koalisiyası ilə rayon qadınlarının görüşündə Ağsu rayon İcra Hakimiyyətinin şöbə müdiri Tofiq Kərimov dedi. Onun sözlərinə görə, ağsulu qadınlar ictimai işlərdə həmişə fəallıq göstəriblər, seçkilər də istisna olmayacaq.

Qeyd edək ki, Ağsu və Göyçay rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaradılan ”Qadınlar və seçkilər” koalisiyasının növbəti tədbirləri keçirildi. Layihə barədə məlumat verən koalisiyanın rəhbəri Aynur Camalqızı bildirdi ki, seçkilər yaxınlaşdıqca artıq hamı bir həqiqəti dərk edir ki, bu dəfəki seçkilərin favoriti İlham Əliyevdir: ”Bu gün Azərbaycan böyük bir tikinti meydanını xatırladır, nəinki paytaxtda, hətta ucqar kəndlərdə belə intensiv abadlaşma, quruculuq işləri aparılır. Mən Azərbaycanda ailənin dayağı kimi qəbul edilən qadınlarımıza müraciət edərək onları seçkinin favoritinə səs verməyə çağırıram”. Bununla yanaşı, koalisiya sədri qeyd etdi ki, layihə çərçivəsində rayonlarda aparılan görüşlər bir növ qeyri-rəsmi rəy sorğusu kimi müəyyən mənzərə cızmağa kömək edir: “Artıq qadınların hansı namizədi dəstəklədiyini və 9 oktyabrda kimə səs verəcəyini güman etmək çətin deyil”.

Rayon qadınları adından danışan Ağsu rayon Muradlı bələdiyyəsinin üzvü Sehrayyə Hümbətova milli öndər Heydər Əliyevin “Ana həyatın başlanğıcıdır” sözlərini xatırlatdı və müsir qadın siyasətinin də məhz bu yanaşma əsasında qurulduğunu qeyd etdi. Onun sözllərinə görə, ağsulu qadınlar mədəniyyət sahəsində 56%, təhsildə 52%, səhiyyədə isə bütün işçilərin 72%-ni təşkil edirlər: “Beş nəfər qadın bələdiyyə sədri var, bağça və məktəb direktorları arasında qadınların sayı üstünlük təşkil edir. Bu isə rayon qadınlarının peşəkar fəaliyyətlə ciddi məşğul olduqlarının göstəricisidir”.

Seçkidə gender stereotiplərindən bəhs edən gender məsələləri üzrə ekspert, elmlər doktoru Rəna Mirzəzadə isə əvvəlllər qadınların seçkiyə gedib-getməmələrinə elə də əhəmiyyət verilmədiyini, digər ailə üzvlərinin onların əvəzinə səs verdiklərini bildirdi. Onun sözlərinə görə, artıq vəziyyət dəyişib və belə bir stereotip aradan qalxmaqdadır, indi Azərbaycan qadını seçkidə seçimini özü bildirmək istəyir.

Göycay rayonunda keçirilən görüşdə isə Heydər Əliyev Mərkəzinin rəhbəri Zivər Zeynalova qadınların seçki ilə bağlı təbliğat-təşviqat işlərinə cəlb olunduqlarını qeyd etdi. O dedi ki, yerlərdə seçicilərlə görüşdə onlarda yaranan təəssürata görə, geniş təşviqat işi aparmağa ehtiyac yoxdur: “Cünki rayon əhalisi seçkiyə gedəcəklərini və artıq öz namizədlərini müəyyənləşdirdiklərinı deyirlər”. Göyçay rayonunda qadınların fəallığından bəhs edən mərkəz rəhbərinin sözlərinə görə, yerli qadınlar ənənəvi üstün olduqları sahələrlə yanaşı, icra hakimiyyətinin işində də iştirak edirlər. Göyçay rayon icra hakimiyyətinin başçısının müavini qadındır və bundan əlavə, bu qurumda 5 nəfər qadın müxtəlif rəhbər vəzifələrdə çalışır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan koalisiyaya 5 qadın təşkilatı daxildir. “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb