Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olunub.
AZXEBER.COM xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi "VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb.
H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.