Ağsuda Bakı sakini sükan arxasında ürəktutmadan öldü

Ağsuda Bakı sakini sükan arxasında ürəktutmadan öldü
SOSİAL
21:44 14.07.2024
158
Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

AZXEBER.COM report.az-a istinadən xəbər verir ki, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR