Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı

Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
SOSİAL
12:32 10.03.2026
305
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib. 
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR