Ağsuda polisin sürücünü döyməsi xəbərinə - DİN-dən açıqlama

Ağsuda polisin sürücünü döyməsi xəbərinə - DİN-dən açıqlama
SOSİAL
22:24 03.09.2020
1422
"Sosial şəbəkələrdə Ağsu rayon sakini Talıb Hüseynovun polis əməkdaşı tərəfindən döyülməsi və ona qarşı qanunsuz tələblərin irəli sürülməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda deyilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələyə münasibət bildirib:

"Avqust ayının 27-də Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektorları şəhər ərazisində xidmət aparan zaman "VAZ 2106” markalı avtomobili idarə edərkən sürücüsünün sükan arxasında mobil telefonla danışdığı üçün ona "saxla” əmri veriblər. Polis əməkdaşı özünü sürücüyə təqdim edərək, törətdiyi qayda pozuntusunu izah edib və sənədlərini istəyib. Ancaq sürücü avtomobildən düşərək, polis əməkdaşlarını nalayiq ifadələr işlədərək təhqir edib və mobil telefonun kamerası ilə onların video çəkilişinə başlayıb. Həmin görüntüləri ictimailəşdirərək, onları işdən azad etdirəcəyini bildirib və hədə-qorxu gəlməyə başlayıb. Xırda xuliqanlıq hərəkətlərinə davam etdiyinə görə o, Polis Şöbəsinə dəvət olunub. Həmin sürücü-Ağsu rayon sakini Talıb Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu ( xırda xuliqanlıq ) və 342.6-cı (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə ) maddələri ilə protokol tərtib edilərək, cərimə olunub. Həmin şəxs Polis Şöbəsində yazdığı izahatında səhvini başa düşdüyünü və əməlindən peşman olduğunu bildirib.

T.Hüseynovun Polis Şöbəsində döyüldüyü və müəyyən məbləğdə pulunun ondan alınması barədə səsləndirdiyi fikirləri isə həqiqəti əks etdirmir və böhtan xarakterlidir. O, hər bir maddə üzrə 50 manat cərimə olunmaqla ümumilikdə 100 manat cərimələnib.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?