Ağsuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıldı

İQTİSADİYYAT
19:15 23.01.2013
1921

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.AZXEBER.COM-un İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, sahibkarlıq subyektlərindən bağçılıq (nar, üzüm və s.) təsərrüfatlarının yaradılması istiqamətidə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbul olunur.Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR