“Aşura günü bizi əzməməlidir, qırmamalıdır” -Şeyx

“Aşura günü bizi əzməməlidir, qırmamalıdır” -Şeyx
SOSİAL
13:37 12.10.2016
1241

 

"Aşura günündə Kərbala şəhidləri haqqında danışanda, eyni zamanda Qarabağ şəhidlərini də yada salmalıyıq, ruhuna dualar oxumalıyıq, unutmamalıyıq”.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxi qeyd edib ki, Qarabağ və Kərbala şəhidləri eyni zirvədə dayanıb:

"Aşura günündə bütün müsəlmanlara, o cümlədən Azərbaycan xalqına başsağlığı verirəm. Biz şəhidin nə olduğunu çox gözəl bilirik. İmam Hüseyn Kərbalada öz dəstəsi ilə haqqın yolunda şəhid olub. Bu gün Azərbaycanın da şəhidləri var. Bu şəhidlərin əksəriyyəti Qarabağ uğrunda döyüşüblər. Allah bütün şəhidlərə rəhmət etsin. İstəyirəm bütün İslam dünyasına baş sağlığı verim. Amma Aşura günü bizi əzməməlidir, qırmamalıdır. Biz daha çox qüvvətli olmalıyıq, düşmənə qarşı, haqqın yolunda daha çox mübarizə aparmalıyıq”.

OXŞAR XƏBƏRLƏR