At əti satan şəxs tutuldu - 150 kiloqram at ət ilə birlikdə - VİDEO

At əti satan şəxs tutuldu - 150 kiloqram at ət ilə birlikdə - VİDEO
SOSİAL
00:38 02.04.2017
1512
Kəsilmiş atı avtomobillə satmaga apararkən yaxalandı.
 
Kürdəmir rayonunun Xınıslı kəndində atları kəsib satan şəxs ifşa olunub. Sözügedən kəndin sakini 33 yaşlı Anar Bağırov həyətyanı sahəsində 2 baş at kəsib. O, heyvanların ətini Kürdəmir rayon Yenikənd sakini 54 yaşlı Tahir Kərimovun avtomobili ilə apararkən saxlanılıb. Məlum olub ki, həkim müayinəsi olmadan 2 baş at kəsilərək 150 kiloqram ət sümükdən ayrılıb. Rayon baytarları müsadirə olunan at ətindən labarator müayinə üçün nümunə götürüblər. Anar Bağırovun bu ilk qanunsuz əməli deyil. Bundan əvvəl də o at əti satışına görə saxlanılıb. Bu işdə istifadə olunan avtomobilində dəfələrlə Bakıya at əti apardığı məlum olub.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR