2 yaşlı kiçik qız atasının sürdüyü maşının altında qalaraq ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
Geriyə manevr edərək həyət daxil olan şəxs 2 yaşlı qızını görməyib. Nəqliyyat vasitəsinin altında qalan qızı atası həmin avtomobillə xəstəxanaya aparıb.
Derin Su adlı balaca bütün müdaxilələrə baxmayaraq aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Aydın Nuri