Türkiyənin Yuxarı Beltarla mahalında xoşagəlməz hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ata 4 yaşlı oğlunu döyərək ölümcül vəziyyətə salıb.
Bununla kifayətlənməyən kişi, arvadını da döyüb. Yaxınları tərəfindən təcili yardımın çağırılması ilə, qadın və 4 yaşlı uşaq xəstəxanaya yerləşdirlib. Həkimlərin səylərinə baxmayaraq uşağı xilas etmək olmayıb.
Hadisələ ilə bağlı istindaq davam edir.Ozal İbrahimli