Ata 9 yaşlı qızına illərlə təcavüz etdi, hamilə qoydu, sonra... - Azərbaycanda

Ata 9 yaşlı qızına illərlə təcavüz etdi, hamilə qoydu, sonra... - Azərbaycanda
SOSİAL
22:03 14.12.2018
7790
Tərtər rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elnur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZXEBER.COM xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 17-nə təyin edilib.

İttihama görə, ötən ilin sonlarında Tərtər rayonunun Evoğlu kəndinin sakini Elnur Şirinov 14 yaşlı qızı Samirəyə (ad və soyad şərti verilib - red.) təcavüz edib.

Atası tərəfindən dəfələrlə təcavüzə məruz qalan 14 yaşlı qız hamilə qalıb. Samirənin hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətlərində basdırılıb.

Araşdırma zamanı məlum olub ki, Elnur Şirinov 14 yaşlı qızı ilə 5 ilə yaxındır intim əlaqədə olub.

Bütün bu baş verənlərdən sonradan Elnur Şirinovun həyat yoldaşı xəbər tutub. O, qızının hamiləliyinin sonlandırılmasını həyata keçirib. Amma ərindən hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə ailənin digər üzvlərini bu barədə heç kimə deməmək barədə tənbeh edib. Məqsəd kənd içində biabır olmamaq olub.

Qeyd edək ki, Elnur Şirinovun 6 azyaşlı qızı var.

İstintaqın gəldiyi nəticəyə görə, 6 qız övladından sonra Elnur Şirinovun həyat yoldaşı 7-ci dəfə hamilə qalıb.

Elnur Şirinov arvadını döyüb və həmin uşaq ana bətnində ölüb. Bu hadisədən sonra Elnur Şirinovun barəsində hüquq-mühafizə orqanlarına şikayət olunub.

Araşdırma aparılan zaman Elnur Şirinovun əvvəlki dəhşətli cinayətinin də üstü açılıb.

İstintaq orqanı tərəfindən Elnur Şirinovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddələri ilə ittiham elan edilib. (publika.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür