QƏRİBƏ ETİKAYLA YAŞAYANLAR...Bir gün bir uşaq atasından soruşur: Ata gey nə deməkdir?Ata duruxur. Əvvəl istəyir hirslənsin ki, ay bala bu sözü haradan öyrənmisən. Sonra bir az durur.Düşünür ki, belə de olmalıdır. Əgər bu söz artıq bizim leksikonumuza düşübsə deməli hər kəs bunu hər zaman eşidə bilər. Lap bizim --- Kitabxana, məktəb, yemək sözlərimiz kimi hər gün zarafatla da olsa işlənən sözlərdən biri olub bu söz də .Ona görə dinmir. Uşağın başını qatmaq üçün onu bir dondurma satan kişinin yanına gətirib ona bir dondurma alır. Ancaq uşaq dondurmanı əlinə alan kimi yenə soruşur--Ata demedin axı gey nə deməkdir.Kişiyə dondurma üçün pulu uzadan ata dönüb bir də uşağa baxır. Ancaq pulu uzadıb tez oradan uzaqlaşır.Gəlib parkda bir skamyada oturub uşağı önünə alır.Gözlərinin içinə diqqətlə baxıb dillənir.-Oğul buu sözün nə məna verdiyini sənə öyrədəcəyəm.Ancaq söz ver ki, bunu heç kimin yanında işlətməyəcəksən.Uşaq özünəməxsus ürkək nəzərlərlə atasına baxıb razılıq əlaməti olaraq başını yelləyir.- Oğul gey yeni bir insan növüdür.Onlar bir az qəribə olurlar. Başqalarından görünüşcə heç nə ilə fərqlənməsələr də həyatları bir az qəribəliklərlə dolu olur.-Ata lap Xədicə xala kimi hə? O da səhərlər duran kimi televizoru açıb birinci seriala baxır. Və qoymur ki, heç birimizin səsi çıxsın.Ata gülüb oğlunun başını sığallayır-Yox oğlum. Belə yox. Onların çox qəribə xəstəlikləri var. Heç kim, heç özləri də başa düşmür ki, nə istəyirlər.Elə adları da bunu açıqlayır-Qəribə Etikayla Yaşayanlar.Düzdür uşaq heç nə başa düşmür. Ancaq bütün uşaqlar kimi hər şeyi anlayan insan roluna girib ağıllıcasına başını yelləyib dondurmasını yeməyə davam edir.