İranda ata gözəllik salonunda işləyən qızını qətlə yetirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Fatemeh Soltani atasından qorxduğu üçün gözəllik salonunda gizli işləyirmiş.
Müştəri kimi qızına zəng edən ata, onun iş yerinin ünvanını öyrənib və gözəllik salonuna gəlib.
Şahidlərin sözlərinə görə kişi bıçaqla salona girərək işçilərin və müştərilərin gözü qarşısında qızına bir neçə bıçaq zərbəsi vurub.
Yoldan keçənlərin köməyə gəlməsi ilə ata hadisə yerindən qaçıb.
Daha sonra İran polisinin verdiyi məlumata görə cinayətkar tutulub və barəsində cinayət işinin açılıb.
Aysel