Ata maşınını satmaq üçün qızından belə istifadə etdi - FOTOLAR

MARAQLI
11:38 29.11.2012
5206
1977-ci ildə istehsal olunmuş "Datsun" markalı "Z Series" tipli sarı rəngli avtomobili satmaq fikrinə düşən ata çox qəribə, hətta əcaib yol seçib.
Maşını dünyanın ən böyük onlayn hərracı olan eBay-da satışa çıxaran ata potensial müştəriləri cəlb etmək üçün qızını avtomobilin yanında çəkib.
ABŞ-ın Oreqon ştatında yaşayan Kim Riddlinin fikrincə, 20 yaşlı qızı Lekssanın fotolarını çəkməkdə qəbahət iş yoxdur.
"Qızım erotik, seksual xanımdır və mən də onu maşının yanında çəkərək pis iş görməmişəm. Qızım da gözəldir, maşınım da. Almaq istəyən varsa, buyursun. Təbii ki, qızımı yox, maşınımı", - Kim yazıb.
eBay-da bu elan furor yaradıb.
İstifadəçilərdən biri yazır: "Mənə bax, ata, sənin maşınını alsam, qızın da yanımda oturarmı?"
Digər istifadəçi isə bu "qeyrətli" atanı məsxərəyə qoyub: "Özünü satsaydın, alardım. Çoxdandır evdə donuz saxlamaq niyyətim var. Qızına gəldikdə siə - o, pornoulduza daha çox bənzəyir".
AdFreak bildirir ki, Ridli əməlini normal sayır və qərarına da təəssüflənmir: "Pis iş olsaydı, etməzdim. Qızımın seksual şəkilləri əla alınıb. İnsanlar maşınları satmaq üçün qızlardan və itlərdən istifadə edirlər. Mənim də itim olmadığı üçün, qızımdan yararlandım".
6 silindrli "Dastun" bu gün səhər saatlarında 7500 dollara satılıb. (milli.az)
OXŞAR XƏBƏRLƏR