Türkiyədə ata ilə övladı arasında yaranan mübahisə oğulun yaralanması ilə nəticələnib.
Ankarada ata eyvanda çörək bıçağı ilə oğlunu girov götürüb. Bunu görən qonşular polisə və digər xilas edici qruplara xəbər veriblər. Polis atanı fikrindən daşındırmaq istəsə də, onların cəhdi alınmayıb. O, polislərdən ayrıldığı xanımının gətirilməsini tələb edib. Əks halda oğlunu eyvandan atacağını söyləyib.
Çarəsiz qalan oğul özü eyvandan atlayıb. Yaralanan oğul dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti normaldır.
///milli.az