Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer qızına aldığı hədiyyə ilə gündəmə gəlib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, məşhur idmançı 19 yaşlı qızı Iyanna-ya bahalı avtomobil alıb. Meyvezer yeniyetmə qızına yeni il hədiyyəsi kimi "Mercedes-Benz G63" avtomobili bağışlayıb.
Qız avtomobilin şəklini şəxsi Instagram hesabında paylaşaraq atasına təşəkkür edib.
Qeyd edək ki, sözügedən avtomobilin 2019-cu il buraxılışının Azərbaycanda satış qiyməti 350 min manatdır.