Ata qızını zorlayıb başqa kişilərə satdı

Ata qızını zorlayıb başqa kişilərə satdı
DÜNYA
11:51 26.07.2013
5016

Cinayətkar ata və 2 kişi artıq həbs olunub.

AZXEBER.COM-un məlumatına görə, bu dəhşətli insident Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunda baş verib.

Əqli qüsurları olan qızını zorladığı, sonra isə onu başqa kişilərə satdığı iddia edilən ata və 2 şübhəli şəxs saxlanılıb. 40 gündən artıqdır ki, itkin düşən və 3 kişi tərəfindən gizlədildiyi iddia edilən əqli qüsurlu qızın - G.H.-nin atası İbrahim H. 4 il bundan əvvəl qızına təcavüz edib, sonra isə onu pul müqabilində başqalarına satıb. Rayona bitişik olan Narlı kəndində sözügedən qızı 44 gün ərzində gizlədən, ona dəfələrlə təcavüz edən kişilərin 38 və 40 yaşları var. Onlar daha əvvəl saxlanılsalar da, sonradan azad edilmişdilər. Məhkəmə onların həbsi barədə yenidən qərar çıxarıb və onlar tutularaq, Burhaniye Cəza Evinə göndəriliblər. Qız prokurorluqda verdiyi ifadədə atasının 4 il bundan əvvəl onu zorladığını, sonra isə pul müqabilində kişilərlə əlaqədə olmağa məcbur etdiyini etiraf edib. Qızın böyük bacısı da hadisə ilə bağlı dindirilib. İndi o ərdədir və bir övadı var. Böyük bacı bunları deyib: “Ərə getməzdən əvvəl atam mənə təcavüz etdi, sonra isə evimizin çardağında, bizimlə bir kənddə yaşayan H.Ü. ilə pul müqabilində əlaqəyə girməyə vadar etdi”.

OXŞAR XƏBƏRLƏR