Ata qızının facebookunu bağlamaq üçün onunla müqavilə imzaladı

DÜNYA
13:50 07.02.2013
3159

ABŞ-da ata qızının “Facebook” hesabını bağlaması üçün onunla müqavilə imzalayıb.

AZXEBER.COM-un verdiyi məlumata görə, Raçel Beyrer adlı qız 5 ay müddətində “Facebook” hesabını bağlı saxlayacaq.

14 yaşlı Raçel bunun müqabilində atasından 200 dollar pul alacaq. Enerji şirkətində işləyən ata Poul Beyrer qızına güvənmədiyi üçün rəsmi müqavilə hazırlayıb və bloqunda yerləşdirib. Müqaviləyə görə, qızın “Facebook” hesabının şifrəsi atasında qalacaq. O, pulun 50 dollarını apreldə, qalan 150 dollarını isə İyunda alacaq.

OXŞAR XƏBƏRLƏR